EN

İqlim dəyişiklikləri nəticəsində təsirlənən fermerlərdir - Nazir

Bakı. Trend:

Bakı Harmoniya İqlim təşəbbüsünün əsas məqsədi fermerlər üçüniqlim dəyişiklikləri barədə məlumatlandırılması və dünyada indiyəqədər qaldırılmış iqlim təşəbbüslərinin bir araya gətirilərəkkoordinasiya olacaq şəkildə birgə real addımların həyatakeçirilməsini təmin eləməkdir.

Trend xəbər verir ki, bu barədə Kəndtəsərrüfatı naziri Məcnun Məmmədov Bakıda İqlim FəaliyyətiHəftəsinin (Baku Climate Action Week) ikinci günündə jurnalistlərəaçıqlamasında deyib.

Nazir bildirib ki, biz bu tədbiri hər il keçirtmək haqqındadüşünürük.

"Bu təşəbbüsün əsas mərkəzində dayanan iqlim dəyişikliklərinəticəsində təsirlənən fermerlərdir", - deyə o qeyd edib.

Qeyd edək ki, Fəaliyyət Həftəsi 2024-cü ilin 30 sentyabr - 4oktyabr tarixlərində, Bakıda ilk dəfə keçirilir.

Bu tədbir, noyabr ayında Bakıda baş tutacaq COP29-un iqlimgündəliyinin əsasını qoyacaq.

İqlim dəyişmələri ilə mübarizə üzrə Fəaliyyət Həftəsi siyasət,maliyyə, ticarət, investisiya, elm, incəsənət, mədəniyyət, cəmiyyətvə KİV kimi bir sıra sahələrdən əsas maraqlı tərəfləri bir arayatoplayacaq.

Tədbirin əsas mövzuları "enerji keçidi", "şəhərlər vəurbanizasiya mühiti", "su təhlükəsizliyi", "qida və kəndtəsərrüfatı", "kiçik və orta müəssisələrin bisznesi" və "yaşılbacarıqlar" olacaq.

Həftənin birinci yarısı (30 sentyabr - 2 oktyabr) dövlətqurumları, akademik mühit və özəl sektorun iştirak etdiyi iqlimhəllərinə həsr olunacaq. İkinci yarıda (3-4 oktyabr) isə elm,təhsil, incəsənət, mədəniyyət və digər sahələrə fokuslanılacaq.

Məqalədə:
Chosen
8
az.trend.az

1Sources