EN

Dərman qəbul edərək bu tərəvəzi yemək olmaz – Açıqlama

“Yaşıl yarpaqlı tərəvəzlər antikoaqulyantların – qanı durulaşdıran və qan laxtalanmasının qarşısını alan dərmanların qəbulu ilə birləşdirilməməlidir”

Medianews.az xarici mediaya istinadən xəbər verir ki, bunu diyetoloq Djoan Saldj Bleyk deyib.

Onun sözlərinə görə, bəzi dərmanlarla yaşıl yarpaqlı tərəcvəzləri yemək olmaz.

Bleykə görə, bütün növ kələm, arugula, ispanaq, turşəng, brokoli və pazı antikoaqulyantların təsirinə təsir göstərə bilər. O, belə qidaların qan laxtalanmasını təşviq edən və dərmanın təsirini neytrallaşdıra bilən çoxlu K vitamini olduğunu izah edib.

Yaşıl yarpaqlı tərəvəzlərdən imtina etmək istəməyən antikoaqulyantlar qəbul edənlər üçün Bleyk bu qidaların təhlükəsiz dozasını tövsiyə edə biləcək bir həkim və dietoloqla məsləhətləşməyi tövsiyə edib.

Lamiyə 

Chosen
34
medianews.az

1Sources