EN

Şarmazanov İrəvanın Azərbaycan şəhəri olduğunu belə etiraf etdi

“Zaman göstərdi ki, Serj Sərkisyanın (Ermənistanın üçüncü prezidenti – red.) illər əvvəl ölkəni Avrasiya İqtisadi İttifaqına (Aİİ) üzv etməsi çox doğru qərar idi”.

Turkustan.az xəbər verir ki, bunu Ermənistan parlamentinin keçmiş vitse-spikeri Eduard Şarmazanov deyib.

O, Rusiya və Ermənistan arasında əlaqələrin tarixə söykəndiyini bildirib.

Şarmazanov iddia edib ki, rus ordusu “1827-ci ildə İrəvan qalasını azad edib”, 1828-ci ildə isə Türkmənçay müqaviləsi ilə ermənilərin “Ana Ermənistana” (indiki Ermənistan – red.) köçü başlayıb. O, bununla ermənilərlə ruslar arasında dostluq münasibətlərinin qurulduğunu deyib.

“Serj Sərkisyan Aİİ-yə üzv olmağımızla bağlı çox düzgün qərar vermişdi. O vaxt çoxu buna qarşı çıxırdı, lakin ittifaqa üzvlüyümüz sayəsində ticarət dövriyyəmiz ildən-ilə artır”, – Şarmazanov bildirib.

Qeyd edək ki, E.Şarmazanov “ruslar 1827-ci ildə İrəvan qalasını azad edib” deməklə buranın Azərbaycan şəhəri olduğunu dolayı yolla etiraf edib. Bu həm də İrəvan xanlığının Azərbaycan tarixinin mühüm parçası olduğunun növbəti sübutudur./Globalinfo.az

Chosen
10
turkustan.az

1Sources