EN

"Aşıq sənətinə dövlət qayğısının bariz nümunəsi"

Azərbaycan ədəbiyyatı tarixində şərəfli yer tutan Aşıq Ələsgərin zəngin poetik irsi ölkəmizin bir çox aşıqları üçün əsl sənətkarlıq məktəbi olmuşdur. Aşıq Ələsgər yaradıcılığına dövlətimiz həmişə yüksək qiymət vermişdir. Ulu öndər Heydər Əliyevin sərəncamına əsasən 1972-ci ildə dövlət səviyyəsində ustadın anadan olmasının 150 illiyi, 1997-ci ildə isə175 illik yubileyi qeyd edilmişdir. Bu, Heydər Əliyev tərəfindən Aşıq Ələsgər yaradıcılığına, qədim el sənətinə, Göyçənin sənətkar oğluna verilən yüksək dəyərdir.

Aşıq sənətinə Ulu Öndərimiz Heydər Əliyev tərəfindən göstərilən diqqət və qayğı bu gün cənab Prezidentimiz İlham Əliyev tərəfindən davam etdirilir. Cənab Prezidentimizin və ölkəmizin Birinci vitse-prezidenti Mehriban xanım Əliyevanın səyləri nəticəsində aşıq sənəti 2009-cu ildə UNESCO-nun qeyri-maddi mədəni irs siyahısına daxil edilmişdir.
Prezident İlham Əliyevin sərəncamı ilə 2011-ci ildə Ustad Aşığın 190 illik yubileyi, 2021-ci ildə isə 200 illik yubileyi ölkəmizdə böyük təntənə ilə qeyd olunmuşdur. Cənab Prezidentin yüksək diqqətinin nümunəsi kimi Gədəbəydə \"Aşıq Ələsgər adına Aşıq Məktəbi” açılmışdır.

Sentyabrın 30-da Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev və oğlu Heydər Əliyevin Bakıda Azərbaycan aşıq yaradıcılığının görkəmli nümayəndəsi, böyük el sənətkarı Aşıq Ələsgərin abidəsinin açılışında iştirak etməsi, ölkə başçısının aşıq sənətinə, mədəniyyətimizə, eləcə də görkəmli şəxsiyyətlərimizə verilən yüksək dəyərin bariz nümünəsidir.

Prezident Əliyev çıxışında Aşıq Ələsgərin yaradıcılığının Azərbaycan xalqı üçün nə qədər böyük mənəvi dəyər kəsb etdiyini qeyd edərək, onun əsərlərinin təkcə Azərbaycan mədəniyyətində deyil, həm də bütün türk dünyasında böyük iz buraxdığını vurğuladı.

Aşıq Ələsgər Azərbaycan aşıq sənətinin inkişafına verdiyi töhfələrlə tanınır və onun irsi bugünkü Azərbaycanın milli mədəniyyətinin vacib hissələrindən biridir. Cənab Prezidentin qeyd etdiyi kimi, \"gün gələcək biz Aşıq Ələsgərin ermənilər tərəfindən dağıdılmış abidəsini bərpa edəcəyik və Ağkilsə kəndində buna oxşar mərasim keçirəcəyik.\"

Vətən müharibəsində qazanılan Qələbədən sonra Qarabağda və Şərqi Zəngəzurda böyük abadlıq və quruculuq işləri başlandı. İşğaldan azad edilən torpaqlarımız ev-ev, küçə-küçə, məhəllə-məhəllə yenidən bərpa olunur. 

\"O torpaqları heç vaxt görməyən Qarabağdan, Şərqi Zəngəzurdan olan  soydaşlarımız  Böyük Qayıdış proqramının icrasını səbirsizliklə gözləyirlər” - deyən dövlətimizin başçısı vurğulayıb ki, əslində, bu proqram artıq icra edilir. Heç vaxt o torpaqlarda yaşamamış, amma o torpaqlara qayıtmaq eşqi ilə yaşamış qarabağlılar bu gün Qarabağa qayıdırlar. Mən əminəm ki, biz eyni mənzərəni Qərbi Azərbaycana qayıdış dövründə də görəcəyik.

İkram Manafov
Xırdalan şəhər 11 illik musiqi məktəbinin direktoru, Əməkdar müəllim
Chosen
5
6
azxeber.com

7Sources