EN

Deputat: Bəzi xarici dairələrin regional təhlükəsizliklə bağlı yanaşmaları ciddi narahatlıq doğurur

Bakı, 1 oktyabr, AZƏRTAC

Ermənistandakı risk təkcə revanşizmlə bağlı deyil, həm də hərbi quruculuq işləri ilə əlaqədardır. Bu il Ermənistanın hərbi xərcləri 1,4 milyard, gələn isə 1,7 milyard ABŞ dolları olacaq. İrəvan böyük atəş gücünə malik silahlar alır. İrəvan İkinci Qarabağ müharibəsindən sonra dəqiq atəş imkanlarına malik silahlar, hava hücumundan müdafiə sistemi almağa davam edir. Onun hərbi tərəfdaşları isə Fransa və Hindistandır. Həmçinin Ermənistan ordusunun baş qərargahına xarici müşavirlər cəlb edilib.

AZƏRTAC xəbər verir ki, bu sözləri Milli Məclisin deputatı Qaya Məmmədov "Prezident İlham Əliyevin Milli Məclisdə çıxışının müzakirəsi: Müstəqil və prinsipial xarici siyasət” mövzusunda tədbirdə söyləyib.

O bildirib ki, Azərbaycanın hərbi büdcəsi Ermənistandan çox olsa da, bu, eyniləşdirilməməlidir. Çünki Ermənistan işğalçı keçmişə malikdir.

Deputat əlavə edib ki, bəzi xarici dairələrin regional təhlükəsizlik məsələləri ilə bağlı yanaşmaları ciddi narahatlıq doğurur. Məsələn, USAID Ermənistana yeni maliyyə yardımını təsdiqləyib. Son dövrlərdə Ermənistana açıq hərbi yardımlar da edilir.

Chosen
6
1
azertag.az

2Sources