EN

ABŞ-da Helene qasırğası fəlakəti: Ölənlərin sayı 133-ü ötüb

Keçən həftə 4-cü kateqoriya kateqoriyası ilə ABŞ-ın Florida ştatının sahil xəttinə çatan Helene qasırğasının yaratdığı fəlakətlər nəticəsində insan itkisi 133-ü keçib.Elchi.az xəbər verir ki, Florida sahillərini təxminən 225 kilometr sürətlə vuran Helene qasırğasının bölgədə mənfi təsirləri davam edir.Səlahiyyətlilər qasırğanın gətirdiyi güclü külək və yağışların təsirli olduğu Şimali Karolina, Cənubi Karolina, Corciya, Florida və Virciniya ştatlarında ən azı 133 nəfərin həyatını itirdiyini açıqlayıb.Digər tərəfdən, Daxili Təhlükəsizlik Nazirliyinin Federal Fövqəladə Hallar İdarəsi Agentliyinin (FEMA) səlahiyyətliləri, Helene qasırğasının yaratdığı fəlakətlər səbəbiylə 1000-dən çox insanın sığınacaqlarda qaldığını açıqladı.ABŞ prezidenti Co Baydenin bu həftə qasırğadan zərər çəkmiş bölgələrə səfər edəcəyi gözlənilir.Şayəstə Hüseynova

Chosen
4
1
elchi.az

5Sources