EN

ABŞ-da liman işçilərinin kütləvi tətili başlayıb

ABŞ-da

Bakı, 1 oktyabr, AZƏRTAC

ABŞ-ın şərqindəki limanlarda on minlərlə yükləyici oktyabrın 1-nə keçən gecə tətilə başlayıb.

AZƏRTAC xəbər verir ki, “Politico” qəzetinin məlumatına görə, aksiya ölkədə yük daşımalarının xeyli azalmasına səbəb ola və ABŞ iqtisadiyyatına gündə milyardlarla dollaradək zərər vura bilər.

Tətilə həmkarlar ittifaqı ilə Beynəlxalq liman daşıyıcıları assosiasiyasının və ABŞ gəmiçilik sənayesi nümayəndələrinin iş şəraiti və əməkhaqqı ilə bağlı razılığa gələ bilməməsi səbəb olub.

Ekspertlərin fikrincə, hətta limanların qısa müddətli dayanması “iqtisadiyyatda şok” effekti yarada bilər. Tətil uzanacağı təqdirdə Demokratlar Partiyasını, o cümlədən prezidentliyə namizəd Kamala Harrisi çətin vəziyyətə qoyacaq.

Ağ ev liman operatorları assosiasiyasını həmkar ittifaqı ilə fikir ayrılıqlarını tez bir zamanda həll etməyə çağırıb.

 

Chosen
9
2
azertag.az

10Sources