EN

İsrail Suriyanı vurdu, ölənlər və yaralananlar var

Hurriyyet.az xəbər verir ki, İsrailin qırıcıları və dronları Suriyaya hücum edib. Paytaxt Dəməşq şəhərinə vurulan zərbələr nəticəsində 3 nəfər dinc sakin həlak olub, 9 nəfər yaralanıb. 

SANA agentliyinin yaydığı xəbərə görə, bu barədə Suriyanın Müdafiə Nazirliyinin təmsilçisi məlumat verib.

Açıqlamada deyilir: "İsrail işğal edilmiş Golan təpələri tərəfindən şəhərin bir neçə nöqtəsinə zərbələr endirilib. HHM sistemlərimiz düşmənin raketlərinin və dronlarının əksəriyyərini dəf ediblər. Hücum nəticəsində 3 nəfər dinc sakin həlak olub, 9 nəfər yaralanıb, vətəndaşların şəxsi əmlaklarına böyük zərər dəyib".

Hürr Tərcüman

 

Chosen
16
hurriyyet.az

1Sources