EN

Sabah Günəş tutulmasıolacaq

Oktyabrın 2-də Sakit Okeanın ekvator bölgəsində dairəvi Günəş tutulması gözlənilir.

Redaktor.az xəbər verir ki, bu barədə TASS məlumat yayıb.

Ay Günəşin diskini tam əhatə edə bilmədiyi üçün tutulma həlqəvi olacaq. Eyni zamanda Ay Yerə 266 km genişlikdə kölgə salacaq. Tutulma əvvəlcə şərqə, sonra isə cənub-şərqə Sakit Okeanı keçərək yayılacaq.

Hadisə Bakı vaxtı ilə saat 20:51-də başlanacaq.

Sevinc İBRAHİMZADƏ

Chosen
7
redaktor.az

1Sources