EN

Lənkəranda bal təsərrüfatlarına qənim kəsilən ARI NÖVÜ – “İnsanları da öldürə bilirlər”

Xəbər verdiyimiz kimi, Lənkəranda mənşəyi məlum olmayan arılar peyda olub. Lənkəranda təsərrüfatlarda peyda olan bu arılar ət, balıq yeyə bilir. 

Onlardan bir neçəsinin sancması kifayət edir ki, insan həyatına son qoyulsun.  Bu arılar hazırda arıçılıq təsərrüfatlarına da ciddi ziyan vurmaqdadır. 

Bəs, bunlar hansı arı növünə aiddir?
 

MÖVZU İLƏ BAĞLI:

Lənkəranda mənşəyi bilinməyən arılar peyda oldu: İnsan həyatına son qoya bilərlər – FOTO


Mövzu ilə bağlı Bizim.Media-ya danəşan Elm və Təhsil Nazirliyinin Zoologiya Institutunun kiçik elmi işçisi Aydın Məmmədov bildirib ki, bu arılar Vespa orientalis cinsinə aiddir:

“Bunlar bal arısına ziyan yetirə bilirlər. Bu arılar həm də bütün pərdəqanadlıların “düşmənidir”.

Nəzərə alaq ki, bu arılar məhv etdikləri həşaratlarla qidalanmır. Sadəcə olaraq, arılar həmin həşaratları aparıb sürfələrinə yem edirlər. Bu arılar ət və balıq yemir. Amma ətin, balığın üzərinə qonurlar və qopardıqları hissəcikləri də sürfələrinə yedirdirlər. Bu arılar şirəylə, güllərin nektalarıyla qidalanırlar. Əsasən də qlikozadan faydalanırlar. 

Bu arılara ölkəmizin bir çox bölgələrində, o cümlədən də Abşeron yarımadasında rast gəlinir. Onların sancması da çox ağrılı olur. Hətta 10-15 vespa orientalis arısı eyni vaxtda bir adamı sancarsa, bu ölüm riski yaradır”.

Surxay Atakişiyev, Bizim.Media 

Chosen
8
bizim.media

1Sources