EN

Mobil telefon tariflərinin ən ucuz olduğu 10 ölkə - SİYAHI

 Mobil telefon istifadəçiləri bir ay ərzində danışıq və 10 GB-dan çox internet üçün mobil operatorlara daha az pul ödəyən ölkələrin adları açıqlanıb.

FED.az bu barədə  nüfuzlu araşdırma portallarından olan “Numbeo” platformasına istinadən xəbər verir.

Məlumata görə ən aşağı qiyməti 97 ölkə içərisində 2,30 dollar (3,92 manatla) İran təklif edir.

İrandan sonra daha az məbləği Hindistant istifadəçiləri bu tariflər üçün ümumilikdə 3,86 dollar (6,57 manat) ödəyir.

Özbəkistanda bu tariflərin qiyməti 3,89 dollar (6,62 manat)  təşkil edib.

Pakistan abunəçiləri danışıq və 10 GB-dan çox internet üçün mobil operatorlara 4,34 dollar, başqa sözlə 7,38 manat ödəyir.

Digər ölkələrdə isə tariflərin qiyməti belədir:

Nepal - 4,88 dollar (8,29 manat)

İndoneziya - 4,90 dollar (8,33 manat)

Şri-Lanka - 4,91 dollar (8,34 manat)

Rusiya  - 5,08 dollar (8,64 manat)

Ukrayna - 5,17 dollar (8,79 manat)

Banqladeş - 5,29 dollar (9,00 manat)

Chosen
11
fed.az

1Sources