EN

Yaponiyada yeni Baş nazir seçilib

Yaponiyanın hakim Liberal Demokrat Partiyasının (LDP) sədri Şiqeru İşiba ölkənin 102-ci Baş naziri seçilib.

Parlamentdə keçirilən səsvermə zamanı deputatların əksəriyyəti ona səs verib.

Əsas aşağı palatada səsvermənin nəticələrinə görə, İşiba 465 səsdən 291-ni, Konstitusiya Demokratik Partiyasının lideri Yoşihiko Noda isə 100 səs toplayıb.

Hazırda LDP və Komeito partiyasının hakim koalisiyasının çoxluq təşkil etdiyi parlamentin yuxarı palatasında da İşibanın namizədliyi üçün səsvermə gedir, lakin aşağı palatanın qərarı prioritetdir.

Chosen
17
8
banker.az

10Sources