EN

Azərbaycanda icbari sığorta üzrə ödənişlər - 85,5 MLN. MANATI KEÇDİ

Azərbaycanda icbari sığorta üzrə yığımlar və ödənişlər artıb.

FED.az Mərkəzi Bankın hesabatına istiandən xəbər verir ki, cari ilin yanvar-avqust aylarında bu növ sığorta üzrə yığımlar 235 milyon 73 min manat təşkil edib.

 Bu da əvvəlki ilin müvafiq dövrü ilə müqayisədə 7 milyon 140 min manat və ya 3% çoxdur.

2023-cü ilin yanvar-avqust aylarında bu göstərici 227 milyon 934 min manat təşkil edib.

Bu dövrdə bu növ sığorta ödənişləri 85 milyon 532 min manat təşkil edib ki, bu da illik müqayisədə 13 milyon 874 min manat və ya 19% çoxdur.

Əvvəlki ilin eyni dövründə 71 milyon 658 min manat sığorta ödənişləri edilmişdi.

Hesabat dövründə zərərlilik göstəricisi isə 36% təşkil edib. Zərərlilik son bir ildə 5% artıb. 

Ötən ilin eyni dövründə zərərlilik  31% idi.

Chosen
8
2
fed.az

10Sources