AZ

Azərbaycanda sığorta bazarı hansı şirkətlərin əlində cəmləşib? - Böyük payçılar

Ölkədə hazırda 17 sığorta şirkəti fəaliyyət göstərir. Son illər ərzində sığorta bazarına heç bir şirkət daxil olmayıb. Lakin ölkədə son illərdə sığorta yığımlarında artım müşahidə edilir. Bu onu göstərir ki, artıq cəmiyyət sığorta bazarına etimad göstərməyə başlayıb. Sığorta cəmiyyətimizin, şirkətlərimizin aktiv alətinə çevrilir. 

Valyuta.az sığorta bazarının hansı şirkətlərin əlində cəmləşdiyini, bazardakı yığımlarda əsaslı paya sahib olan şirkətləri araşdırıb. 

Bu ilin yanvar-iyul aylarında sığorta şirkətlərinin yığımı ötən ilin müvafiq dövrü ilə müqayisədə 9,4 % artaraq 833 milyon 581 min manata çatıb.

Bəs ölkənin sığorta bazarında tendensiya necədir?

“Paşa Həyat Sığorta” və “Paşa Sığorta” şirkətləri birlikdə bazarın təqribən 70%-nə sahibdirlər

Bu il “Paşa Həyat Sığorta”nın yığımları 377 milyon 770 min manat olub ki, bu da 2023-cü ilin müvafiq dövrü ilə müqayisədə 15,5 % çoxdur. Şirkətin bazarda payı ötən ilin müvafiq dövrü ilə müqayisədə bu il 5,5 % artaraq 45,3 %-ə çatıb. Yəni, şirkət bazarın əsaslı hissəsinə sahibdir. 2023-cü ilin yanvar-iyul aylarında şirkətin sığorta yığımlarının həcmi 2022-cü ilin müvafiq dövrü ilə müqayisədə 31,2 % artaraq 761 milyon 801 min manat təşkil edib.

“Paşa Həyat Sığorta”nın bazarda payı artır

Ötən ilin hesabat dövründə “Paşa Həyat Sığorta”nın yığımlarının həcmi 2022-cü ilin müvafiq dövrü ilə müqayisədə 32 % artaraq 327 milyon 10 min manat artıb. Ötən il şirkətin ümumi sığorta bazarda payı 42,9 % çox olub. 

“Paşa Sığorta” böyüyür

Bu il ölkədə sığorta yığımlarının həcminə görə “Paşa Sığorta” ikinci yerdə qərarlaşıb. Şirkətin yığımlarının həcmi 2023-cü ilin müvafiq dövrü ilə müqayisədə 8,7 % artaraq 205 milyon 213 min manat təşkil edib. Şirkətin bazarda payı 24,6 % olub. 

“Paşa Sığorta” 2023-cü ildə 

2023-cü ildə isə şirkətin yığımlarının həcmi 188 milyon 862 min manat olub ki, bu da 2022-ci ilin müvafiq dövrü ilə müqayisədə 37,4 % çoxdur. Ötən il şirkət bazarın  24,7 %-nə sahib olub. 

“Qala Sığorta” 52 milyon manatdan çox yığımla, bazarda 6,2 %-lik paya sahibdir

“Qala Sığorta”nın yığımlarının həcmi bu ilin 7 ayında 52 milyon 35 min manat olub ki, bu da 2023-cü ilin müvafiq dövrü ilə müqayisədə 25,6 % çoxdur. Bu, sığorta yığımları bazarının 6,2 %-ni təşkil edir.

2023-cü ilin hesabat dövründə “Qala Sığorta”nın yığımlarının həcmi 41 milyon 431 min manat olub ki, bu da 2022-ci ilin hesabat dövrü ilə müqayisədə 55,7 % çoxdur. Həmin il şirkətin bazarda payının həcmi 5,4 % olub. 

“Atəşgah Həyat Sığorta”

“Atəşgah Həyat Sığorta”nın yığımlarının həcmi 51 milyon 92 min manat olub ki, bu da 2023-cü ilin müvafiq dövrü ilə müqayisədə 33,2 % çoxdur. Bu ilin hesabat dövründə şirkətin bazarda payı 6,1 % olub.

2023-cü ildə şirkətin yığımlarının həcmi 38 milyon 366 min manat təşkil edib. Bu da 2022-ci illə müqayisədə 30,1 % çoxdur. Şirkətin bazarda payı 5 % olub.

“Atəşgah Sığorta” 3,9 %-lik pay

“Atəşgah Sığorta”n bu ilin 7 ayında 33 milyon 211 min manat sığorta haqqı yığıb, bu da 2023-cü ilin müvafiq dövrü ilə müqayisədə 56,7 % çoxdur. Şirkətin bazarda payı bu il 3,9 % olub. 
2023-cü ilin yanvar-iyul ayında “Atəşgah Sığorta”nın yığımlarının həcmi 21,200 min manat olub ki, bu da 2022-cü ilin müvafiq dövrü ilə müqayisədə 2,7 % çoxdur.

Digər sığorta şirkətlərinin bazarda payları çox azdır. Qeyd edilən şirkətlərin bazarda daha çox paya sahib olması onların daha çox növ sığorta məhsulu təklif etməsi, yaxud da ölkədə bu şirkətlərə üstünlük verilməsi ilə bağlıdır.

Nara

Bütün xəbərləri reklamsız oxumaq üçün

Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Seçilən
105
50
valyuta.az

10Mənbələr