EN

İsrail ordusu Livanla sərhəddə yerləşən ərazini qapalı hərbi zona elan edib

Bakı. Trend:

İsrail ordusu Livanla sərhədə yaxın üç yaşayış məntəqəsininərazisini qapalı hərbi zona elan edib.

Trend-inməlumatına görə, bu barədə İsrail ordusunun mətbuat xidmətibildirib.

"Vəziyyət qiymətləndirildikdən sonra İsrailin şimalındakıMetula, Misqav-Ama və Kfar-Qiladi əraziləri qapalı hərbi zona elanedilib. Bu əraziyə giriş qadağandır", - deyə bildirilb.

Məlumata əsasən, qərar İsrailin Livan ərazisində mümkün quruəməliyyatı gözləntiləri fonunda açıqlanıb.

Məqalədə:
Chosen
27
33
az.trend.az

10Sources