Rusiya Baş naziri Mixail Mişustin Ermənistana səfər edib.BUTA.TV xəbər verir ki, bu barədə erməni mətbuatı məlumat yayıb. Onun oktyabrın 1-də Avrasiya Hökumətlərarası Şurasının iclasında və Avrasiya İqtisadi Forumunun plenar iclasında iştirakı gözlənilir. Qeyd edək ki, Mişustin İrəvana Tehran səfərindən sonra gəlib.