AZ

Mişustin İrəvana getdi

Rusiyanın baş naziri Mixail Mişustin İrəvana işgüzar səfər edib.

 

Modern.az bu barədə RİA-ya istinadən xəbər verir.

 

O, Avrasiya Hökumətlərarası Şurasının sessiyasında və Avrasiya İqtisadi Forumunun plenar iclasında iştirak edəcək.

 

Rusiya, Ermənistan, Belarus, Qazaxıstan və Qırğızıstanın hökumət başçıları çərşənbə axşamı hökumətlərarası şuranın iclasında Avrasiya İqtisadi İttifaqı çərçivəsində inteqrasiyanın dərinləşdirilməsinin cari məsələlərini müzakirə edəcəklər. Daxili bazarın fəaliyyətinə, sənaye, nəqliyyat, gömrük və tariflər, kənd təsərrüfatı və energetika sahələrində əməkdaşlığın inkişaf etdirilməsi məsələlərinə xüsusi diqqət yetiriləcək.

 

Hökumət başçıları 2030-cu ilə qədər Avrasiya İqtisadi İttifaqı çərçivəsində sənaye əməkdaşlığının əsas istiqamətlərini nəzərdən keçirəcəklər.

Seçilən
1
11
modern.az

10Mənbələr