Rusiyanın Baş naziri Mixail Mişustin Tehranda İranın birinci vitse-prezidenti Məhəmməd Rza Areflə görüşdə Zəngəzur dəhlizi barədə müzakirələr aparıb.
Modern.az-ın məlumatına görə, Aref bidirib ki, regionun sərhədlərində və geosiyasətində istənilən dəyişiklik gərginliyə, regiondan kənar aktorlar tərəfindən sui-istifadəyə səbəb olacaq.
İran rəsmisi deyib ki, Zəngəzur dəhlizi və Şimal-Cənub dəhlizi ilə bağlı məsələlər ətrafında daha çox müzakirə aparılmalıdır.