EN

"Bavariya"nın kapitanı: "Özümüzə inamımızı qaytardıq"

"Bavariya"nın kapitanı Manuel Noyer yeni baş məşqçi Vinsent Kompaninin rəhbərliyi altında komandada olan dəyişiklikləri qeyd edib.

İdman.biz xəbər verir ki, Noyer fikirlərini belə ifadə edib:

“Biz özünəinam qazandıq və kiminlə oynamağımızın fərqi yoxdur, hətta "Bayer"lə oyun olsun. Öz oyun üslubumuza sadiq qalırıq və üstünlüyü əlimizdə saxlayırıq – əvvəllər belə deyildi. Kompani hər bir oyunçuya qorunduğu hissi verir və bu, həm meydanda, həm də münasibətlərdə nəzərə çarpır. Biz komanda kimi oynayırıq!”

Belçikalı 2024-cü il mayın 29-da Tomas Tuxelin yerinə "Bayern"in yeni baş məşqçisi təyin edolib.

"Bavariya" 5 turdan sonra 13 xalla Bundesliqada turnir cədvəlinə başçılıq edir. Münhenlilər Çempionlar Liqasına da Zaqreb “Dinamo”su üzərində 9:2 hesablı qələbə ilə başlayıblar.

İdman.biz

Chosen
38
idman.biz

1Sources