EN

“Bizim məqsədimiz sağlam gənclik formalaşdırmaqdır” – Əli Muradov

Ölkəmizdə idman sürətlə inkişaf edir. Dövlət səviyyəsində idmana göstərilən qayğı nəticəsində idmançılarımız beynəlxalq arenalarda uğur qazanırlar. Ölkəmizdə çoxsaylı idman kompleksləri inşa edilir. Bu günkü müsahibimiz Su idmanı sarayının idman şöbəsinin müdiri Əli Muradov ölkəmizdə idmanın bundan sonra da inkişaf edəcəyini əmindir.

image-img-20240930-wa0082

-Bu gün Su İdmanı Sarayı tərkibində ümumilikdə neçə idman növü üzrə xidmətlər mövcuddur?

-Hal hazırda Su idmanı sarayında 66 xidmət növü mövcuddur, bu göstərici keçmiş MDB ölkələri arasında ən yaxşı göstəricilər sırasında ilk yerləri tutur, böyük fəxr ilə deyə bilərəm ki, idman kompleksimizdə fəaliyyət göstərən bütün idman qurğuları tam olaraq beynəlxalq standartlara cavab verir, bunun göstəricisidir ki, həm ölkə daxili , həm də ki, ölkə xarici idman federasiyaları öz təlim məşq toplanışlarını kompleksimizdə keçirir.

– Ölkəmizdəki idman federasiyaları Su İdman Sarayı ilə əməkdaşlıq edirlərmi,edilirsə bu necə tənzimlənir?

– Bir sıra idman federasiyaları Su idmanı Sarayında məşq proseslərini təşkil edib keçirirlər, onlara göstərilən xidmət səviyyəsi beynəlxalq təcrübəyə əsasən tənzimlənir , hər bir idman federasiyası öncədən iş planını bizə təqdim etdikdən sonra onlara xidmət göstərməyə başlayırıq.

-Su idman Sarayının xidmətlərindən,daha doğrusu mövcud xidmətlərdən vətəndaşların istifadə imkanları necədir?

-Bizim əsas məqsədimiz müştəri məmnuniyyəti qazanmaqdır, vətəndaşlarımız hovuz və Fitness xidmətlərindən başqa , müxtəlif tipli qrup məşğələlərindən, çimərlik idman növlərindən ( çimərlik futbolu, voleybolu, tennis, air badminton ) futbol meydançaları , tennis meydançasından istifadə edirlər.

–  Azərbaycan həm ölkə,eyni zamanda paralimpiya idman növündə də çıxış edir. Fiziki imkanları məhdud idmançılar və sadə vətəndaşlar üçün Su İdmanı Sarayında hansı xidmətlər mövcuddur?

– Su idmanı sarayı , fiziki məhdudiyyətli idmançılar üçün bütün əlverişli şərait yaradır, onların idmanla məşğul olması üçün lazım olan texniki vasitələr ilə təchiz olunmuş qurğulardan da istifadə edir.

-Əli müəllim müsahibə üçün təşəkkür edirəm. Sizə uğurlar arzulayırıq.

Chosen
25
veteninfo.az

1Sources