EN

Allahdan başqa hamıdan qorxurdu yazıq - Günün şeiri

Kulis.az "Günün şeiri" layihəsindən Qulu Ağsəsin "O" şeirini təqdim edir.

Mən Onu yaxşı tanıyırdım,

Adam rayonundan idi -

əsli,

Mən Onu yaxşı tanıyırdım,

sözün də açığını sevməzdi -

əsla...

Mən Onu yaxşı tanıyırdım,

düşüncələri təzə şum kimi

alt-üst idi,

Mən Onu yaxşı tanıyırdım,

su da atmazdı arxadan -

o qədər dürüst idi...

Mən Onu yaxşı tanıyırdım,

az yazdı,

amma A-dan Z-yəcən çatardı AZ-ı,

Mən Onu yaxşı tanıyırdım,

Allahdan baÅŸqa,

hamıdan qorxurdu yazıq...

Mən Onu yaxşı tanıyırdım,

O, mənim hər şeyimdi...

Mən Onun yarısı,

Mən Onu çoxdan tanıyırdım,

Alın təriylə yazılmışdı

alın yazısı...

Chosen
15
kulis.az

1Sources