EN

Balqabaq toxumunun faydaları saymaqla bitmir - ARAŞDIRMA

Balqabağın əvəzolunmaz faydalarına demək olar ki, hər birimiz bələdik. Həmin bitki qanazlığına qarşı çox effektivdir. O orqanizmi möhkəmləndirir, qanın tərkibini və immun sisteminin fəaliyyətini yaxşılaşdırır.Balqabağın özü qədər əslində toxumu da olduqca xeyirlidir. Tərkibində bir çox vitaminlər ehtiva edən sözügedən bitkinin tumu kalsium, sink, fosfor, dəmir, maqnezium, natrium, kalium kimi minerallarla zəngindir. Balqabaq toxumu gün ərzində lazımi maqnezium ehtiyacının təxminən 40%-ni təmin edir.

Mütəxəssislər deyir ki, sözügedən tumu istehlak etməklə insan diabetə qarşı düzgün mübarizə aparmış olur, iltihablara gözəl təsir göstərir, ürək sağlamlığı üçün önəmlidir, habelə ürək və mədə bulantısının qarşısını alır, hamiləlik dönəmində çox faydalıdır, qəbizlik problemini aradan qaldırır və bağırsaq qurdlarını da tökməyə kömək edir.

Balqabaq toxumunun orqanizmimizə bəxş etdiyi xeyirlər əlbəttə bunlarla bitmir. Say-say qurtarmır...

Araşdırmalara görə ondan bir ovuc yeməklə çəkimizi nəzarətdə saxlaya bilərik. O cümlədən yuxu keyfiyyətini tənzimləyir, prostat və sidik kisəsinin sağlamlığı baxımından effektivdir.

Zərintac MayisqızıMissiya.Az

Chosen
25
missiya.az

1Sources