EN

İsrailin hücumu nəticəsində Bəşər Əsədin qardaşı da həlak olub? - YENİLƏNİB

Suriya Prezidenti Bəşər Əsədin qardaşı Mahir Əsədin İsrailin hücumu zamanı öldürülməsi ilə bağlı yayılan xəbər təkzib edilib.

Adalet.az xəbər verir ki, bu barədə "Sky News" agentliyi Suriya hakimiyyətinə yaxın mənbələrə istinadən məlumat yayıb.

Öz növbəsində Suriya mediası da bu barədə yayılan xəbərləri təkzib edib. Qeyd olunur ki, Mahir Əsədin səhhəti yaxşıdır, o heç bir xəsarət almayıb və iş başındadır.

--------
12:29

İsrailin raket hücumu nəticəsində Suriya Prezidenti Bəşər Əsədin qardaşı Maher Əsəd həlak olub.

Adalet.az xəbər verir ki, bu barədə "Azad İran" "Telegram" kanalı xəbər verib.

Bildirilir ki, İsrailin son hava hücumları zamanı Dəməşq yaxınlığındakı Maher Əsədə məxsus Yafar villası hədəfə alınıb.

Məlumata görə, Maher Əsəd Suriya ordusunun dördüncü diviziyasının komandiri olub.

O da vurğulanır ki, məlumat təsdiq olunarsa, bu, Bəşər Əsədin də "yeni nizam"da dəyişiklik prosesinə daxil olacağı deməkdir.

Chosen
4
1
adalet.az

6Sources