EN

Bakıda KOB-ların rəqəmsallaşdırılması üzrə platformanın təqdimatı başlayıb (FOTO)

Bakı, TurkicWorld

Bakıda Kiçik və Orta Bizneslərin (KOB) rəqəmsallaşdırılmasına dəstək məqsədilə yaradılan platformanın təqdimatı başlayıb.

TurkicWorld xəbər verir ki, təqdimatda rəqəmsal inkişaf və nəqliyyat nazirinin müavini Samir Məmmədov, KOBİA-nın sədri Orxan Məmmədov, İnnovasiya və Rəqəmsal İnkişaf Agentliyinin sədri İnarə Vəliyeva və bir sıra rəsmilər çıxış edəcək.

Qeyd edək ki, İRİA və KOBİA tərəfindən Azərbaycanda fəaliyyət göstərən Kiçik və Orta Bizneslərin rəqəmsallaşdırılması və bu istiqamətdə onların ehtiyaclarını öyrənmək, rəqəmsallaşma zamanı qarşılaşdıqları çətinlikləri araşdırmaq və həll yollarını müəyyənləşdirərək aradan qaldırmaq məqsədilə KOB-ların rəqəmsallaşdırılması proqramı həyata keçirilir.

Xəbər yenilənəcək

Chosen
10
3
turkic.world

4Sources