EN

Pənah Hüseynlə bağlı qərar verildi

Sabiq Baş nazir Pənah Hüseynin rəhbərlik etdiyi Azərbaycan Xalq Partiyasının (AXP) İdarə Heyətinin iclası keçirilib.

Milli.Az modern.az-a istinadla xəbər verir ki, iclasda sentyabrın 1-də keçirilən növbədənkənar parlament seçkiləri ilə bağlı müzakirələr aparılıb.

İdarə Heyəti P. Hüseyn tərəfindən onun sədrlikdə qalmaqda davam etməsinə qərar qəbul edib.

Eyni zamanda İH 2025-ci il ərzində (lakin bir ildən gec olmayaraq) AXP- nin növbədənkənar qurultayını çağırılması haqqında AXP sədri P. Hüseynin təklifini qəbul edib.

Xatırladaq ki, parlament seçkilərindən sonra Pənah Hüseyn istefasının gündəmə gələ biləcəyini demişdi.

Milli.Az
Xəbərlərimizi WhatsApp kanalımızdan da oxuyun

Chosen
4
8
milli.az

9Sources