EN

Oktyabrın havası açıqlandı

Bakı. Trend:

Oktyabr ayına olan hava proqnozu açıqlanıb.

Bu barədə Trend-ə Milli Hidrometeorologiya Xidmətindən məlumatverilib.

Qeyd edilib ki, oktyabr ayında keçid dövrünə xas olan havaşəraiti müşahidə edilir. Tutqun günlərin sayı çoxalır, düşənyağıntıların miqdarı və havanın temperaturu ötən aylardanfərqlənir.

Oktyabr ayında havanın orta aylıq temperaturunun iqlim normasınayaxın, bəzi yerlərdə isə bir qədər yüksək olacağı gözlənilir.

Aylıq yağıntının miqdarı əsasən iqlim normasına yaxın, bəziərazilərdə isə normadan bir qədər çox olacağı ehtimal olunur.

Birinci ongünlüyün ilk günlərində ölkə ərazisində havaşəraitinin qeyri-sabit keçəcəyi, fasilələrlə leysan yağacağı,şimşək çaxacağı gözlənilir.

Bakıda və Abşeron yarımadasında havanın orta aylıqtemperaturunun 16-19 dərəcə isti olacağı gözlənilir ki, bu da iqlimnormasına yaxın və bir qədər yüksəkdir. Gecələr havanın temperaturu11-16 dərəcə isti, gündüzlər 20-25 dərəcə isti, bəzi günlərdə 28dərəcə isti olacağı gözlənilir. Aylıq yağıntının miqdarının iqlimnormasına yaxın olacağı gözlənilir (norma 26-40 mm).

Naxçıvan şəhəri, Culfa, Ordubad, Sədərək, Şahbuz və Şərurrayonlarında havanın orta aylıq temperaturu 15-19 dərəcə istiolacağı gözlənilir ki, bu da iqlim normasına yaxın və bir qədəryüksəkdir. Gecələr havanın temperaturu 8-13 dərəcə isti, gündüzlər19-24 dərəcə isti, bəzi günlərdə 29 dərəcə isti olacağı gözlənilir.Aylıq yağıntının miqdarının iqlim normasına yaxın olacağıgözlənilir (norma 19-32 mm).

Xankəndi, Şuşa, Goranboy, Xocalı, Xocavənd, Ağdam, həmçininDaşkəsən-Gədəbəy rayonlarında havanın orta aylıq temperaturunun10-14 dərəcə isti olacağı gözlənilir ki, bu da iqlim normasınayaxındır. Gecələr havanın temperaturu 3-8 dərəcə isti, gündüzlər8-13 dərəcə isti, bəzi günlərdə 20 dərəcə isti olacağı gözlənilir.Aylıq yağıntının miqdarının iqlim normasına yaxın, bəzi yerlərdəisə bir qədər çox olacağı gözlənilir ( norma 47-56 mm).

Şərqi Zəngəzur: Cəbrayıl, Kəlbəcər, Qubadlı, Laçın, Zəngilanrayonlarında havanın orta aylıq temperaturunun 10-13 dərəcə istiolacağı gözlənilir ki, bu da iqlim normasına yaxındır. Gecələrhavanın temperaturu 2-7 dərəcə isti, gündüzlər 8-13 dərəcə isti,bəzi günlərdə 17-20 dərəcə isti olacağı gözlənilir. Aylıqyağıntının miqdarının iqlim normasına yaxın olacağı gözlənilir(norma 53-56 mm).

Qazax, Gəncə, Ağstafa, Şəmkir, Tovuz, Ceyrançöl, Tərtər, Füzulirayonlarında havanın orta aylıq temperaturunun 14-17 dərəcə istiolacağı gözlənilir ki, bu da iqlim normasına yaxındır. Gecələrhavanın temperaturu 8-13 dərəcə isti, gündüzlər 18-23 dərəcə isti,bəzi günlərdə 27 dərəcəyədək isti olacağı gözlənilir. Aylıqyağıntının miqdarının iqlim normasına yaxın, bəzi yerlərdə isə birqədər çox olacağı gözlənilir ( norma 31-61 mm).

Balakən, Zaqatala, Qax, Şəki, Oğuz, Qəbələ, İsmayıllı, Ağsu,Şamaxı, Siyəzən, Şabran, Xızı, Quba, Xaçmaz, Qusar rayonlarındahavanın orta aylıq temperaturunun 13-16 dərəcə isti olacağıgözlənilir ki, bu da iqlim normasına yaxındır. Gecələr havanıntemperaturu 6-11 dərəcə isti, dağlarda 1 dərəcə şaxtadan 4dərəcəyədək isti, gündüzlər 14-19 dərəcə isti, bəzi günlərdə 22-25dərəcəyədək isti olacağı gözlənilir. Aylıq yağıntının miqdarınıniqlim normasına yaxın, bəzi yerlərdə isə bir qədər çox olacağıgözlənilir (norma 33-126 mm).

Yevlax, Göyçay, Ağdaş, Kürdəmir, İmişli, Ağcabədi, Mingəçevir,Beyləqan, Sabirabad, Saatlı, Şirvan, Hacıqabul, Zərdab, Salyan,Neftçala rayonlarında havanın orta aylıq temperaturunun 17-20dərəcə isti olacağı gözlənilir ki, bu da iqlim normasına yaxın vəbir qədər yüksəkdir. Gecələr havanın temperaturu gecə 10-15 dərəcəisti, gündüzlər 19-24 dərəcə isti, bəzi günlərdə 28 dərəcə istiolacağı gözlənilir. Aylıq yağıntının miqdarının iqlim normasınayaxın, bəzi yerlərdə isə bir qədər çox (norma 31-46 mm) olacağıgözlənilir.

Masallı, Yardımlı, Lerik, Lənkəran, Biləsuvar, Astara, Cəlilabadrayonlarında havanın orta aylıq temperaturunun 14-18 dərəcə istiolacağı gözlənilir ki, bu da iqlim normasına yaxın və bir qədəryüksəkdir. Gecələr havanın temperaturu 9-14 dərəcə isti, dağlarda4-9 isti, gündüzlər 19-24 dərəcə isti, bəzi günlərdə 27 dərəcəyədəkisti olacağı gözlənilir. Aylıq yağıntının miqdarının iqlimnormasına yaxın olacağı gözlənilir (norma 96-274 mm).

Məqalədə:
Chosen
25
49
az.trend.az

10Sources