EN

Azərbaycanın azad edilmiş ərazilərinin bərpasına ayrılan məbləğ açıqlanıb

Bakı. Trend:

Azərbaycanın işğaldan azad edilmiş ərazilərinin bərpasına dövlətbüdcəsindən təxminən 18 milyard manat (10 milyard ABŞ dollarındançox) ayrılıb.

Trend xəbər verir ki, bubarədə Ağdam, Füzuli və Xocavənd rayonlarında AzərbaycanRespublikası Prezidentinin xüsusi nümayəndəsi Emin Hüseynov Bakıİqlim Fəaliyyəti Həftəsi çərçivəsində keçirilən BeynəlxalqKonfransda bildirib.

"Azərbaycanın azad edilmiş ərazilərində şəhərlər təkcəfunksional deyil, həm də dayanıqlı və inklüziv prinsipləri əksetdirməlidir. Çox vaxt biz bu son aspekti unuduruq. Bir vaxtlarticarət və mədəniyyət mərkəzi olan Ağdam bu gün Qafqazın Xirosimasıadlanır.

Eyni vəziyyət böyük dağıntılara məruz qalmış Füzuli və Xocavəndüçün də keçərlidir. Lakin biz bu ərazilərə təkcə onların keçmişiprizmasından deyil, həm də onların daha parlaq və dayanıqlı gələcəküçün potensialını nəzərə alaraq baxmalıyıq. Bu şəhərlərin vərayonların bərpası prosesi diqqətli planlaşdırma və innovativyanaşma tələb edir. Biz təkcə itirilmiş obyektləri bərpa etmirik,həm də dəyişikliklərə daha yaxşı uyğunlaşan, iqlim dəyişikliyininnəticələrinə dayanıqlı olan və gələcək tələblərə cavab verə bilən"ağıllı" şəhərlər yaradırıq", - o qeyd edib.

Onun sözlərinə görə, Ağdam, Füzuli və Xocavənddə hakimiyyətmilli və beynəlxalq tərəfdaşlarla birlikdə davamlı inkişafınqabaqcıl tədbirlərini, o cümlədən, ekoloji təmiz binaların və bərpaolunan enerji mənbələrinin tətbiqi üzrə fəal işləyir.

"Ancaq beynəlxalq dəstək çox azdır, hazırda dövlət büdcəsindəntəxminən 18 milyard manat (10 milyard ABŞ dollarından çox) buərazilərin bərpası, infrastruktur, mədənçilik və sosial-iqtisadiinstitutların yaradılması üçün ayrılıb", - o əlavə edib.

E.Hüseynov, həmçinin, işğaldan azad edilmiş ərazilərinbərpasının maliyyələşdirilməsində özəl sektor və vətəndaş cəmiyyətiilə əməkdaşlığın davam etdiyini və onların gələcəkdə mühüm roloynayacağını vurğulayıb.

Chosen
14
2
az.trend.az

3Sources