AZ

Azərbaycanın azad edilmiş ərazilərinin bərpasına ayrılan məbləğ açıqlanıb

Azərbaycanın işğaldan azad edilmiş ərazilərinin bərpasına dövlət büdcəsindən təxminən 18 milyard manat (10 milyard ABŞ dollarından çox) ayrılıb.

Bu barədə Ağdam, Füzuli və Xocavənd rayonlarında Azərbaycan Respublikası Prezidentinin xüsusi nümayəndəsi Emin Hüseynov Bakı İqlim Fəaliyyəti Həftəsi çərçivəsində keçirilən Beynəlxalq Konfransda bildirib.

“Azərbaycanın azad edilmiş ərazilərində şəhərlər təkcə funksional deyil, həm də dayanıqlı və inklüziv prinsipləri əks etdirməlidir. Çox vaxt biz bu son aspekti unuduruq. Bir vaxtlar ticarət və mədəniyyət mərkəzi olan Ağdam bu gün Qafqazın Xirosiması adlanır.

Eyni vəziyyət böyük dağıntılara məruz qalmış Füzuli və Xocavənd üçün də keçərlidir. Lakin biz bu ərazilərə təkcə onların keçmişi prizmasından deyil, həm də onların daha parlaq və dayanıqlı gələcək üçün potensialını nəzərə alaraq baxmalıyıq. Bu şəhərlərin və rayonların bərpası prosesi diqqətli planlaşdırma və innovativ yanaşma tələb edir. Biz təkcə itirilmiş obyektləri bərpa etmirik, həm də dəyişikliklərə daha yaxşı uyğunlaşan, iqlim dəyişikliyinin nəticələrinə dayanıqlı olan və gələcək tələblərə cavab verə bilən “ağıllı” şəhərlər yaradırıq”, – o qeyd edib.

Onun sözlərinə görə, Ağdam, Füzuli və Xocavənddə hakimiyyət milli və beynəlxalq tərəfdaşlarla birlikdə davamlı inkişafın qabaqcıl tədbirlərini, o cümlədən, ekoloji təmiz binaların və bərpa olunan enerji mənbələrinin tətbiqi üzrə fəal işləyir.

“Ancaq beynəlxalq dəstək çox azdır, hazırda dövlət büdcəsindən təxminən 18 milyard manat (10 milyard ABŞ dollarından çox) bu ərazilərin bərpası, infrastruktur, mədənçilik və sosial-iqtisadi institutların yaradılması üçün ayrılıb”, – o əlavə edib.

E.Hüseynov, həmçinin, işğaldan azad edilmiş ərazilərin bərpasının maliyyələşdirilməsində özəl sektor və vətəndaş cəmiyyəti ilə əməkdaşlığın davam etdiyini və onların gələcəkdə mühüm rol oynayacağını vurğulayıb.

Seçilən
5
2
banker.az

3Mənbələr