EN

Karyerasını bitirdikdən sonra hansı ilşlə məşğul olacağını açıqladı

İngiltərə millisinin və "Mançester Siti" klubunun yarımmüdafiəçisi Fil Foden karyerasını bitirdikdən sonra hansı işlə məşğul olacağını açıqlayıb.

Bakıvaxtı.az xəbər verir ki, 24 yaşlı vinger bu barədə “Daily Mail”ə danışıb.

O, balıq tutmağı çox sevdiyini söyləyib:

“Mən balıqçılıq haqqında videobloq açacağam. Uşaq vaxtı atam məni həmişə özü ilə balıq tutmağa aparırdı və bu fəaliyyəti çox sevirdim. Kiçik balıqlar tutmağa tez-tez müvəffəq olsam da, daha böyüklərini, məsələn, sazan istəyirdim. Tez-tez balıq tuturam. Mənim üçün bu bir həyəcandır və çox xoşuma gəlir”.

Qeyd edək ki, F.Foden ötən mövsümün ən yaxşı futbolçusu adına layiq görülüb. O, 2023/2024 mövsümündə 19 qol və 8 məhsuldar ötürmə ilə yadda qalıb.

Chosen
17
bakivaxti.az

1Sources