EN

Antuan Qrizman Fransa yığmasında karyerasını bitirdiyini açıqlayıb

Fransa yığmasının futbolçusu Antuan Qrizman milli komandadan ayrılıb.

Apasport.az xəbər verir ki, 33 yaşlı futbolçu bu barədə sosial media hesabında paylaşım edib:

"Həyatımın bu fəslini xatirələrlə dolu bir ürəklə bağlayıram. Bu möhtəşəm macəraya görə təşəkkür edirəm, tezliklə görüşərik".

Qrizman Fransa millisi ilə 137 oyuna çıxıb, 44 qol vurub. O, yığma komanda ilə 2018-ci ildə dünya çempionatının və 2021-ci ildə UEFA Millətlər Liqasının qalibi olub.

2016-cı ildə Fransada ilin futbolçusu seçilən Qrizman 19 yaşadək futbolçulardan ibarət Fransa yığması ilə Avropa Çempionatının qalibi olub.

Chosen
17
1
apa.az

2Sources