İnternet üzərindən gələn təhdidlərlə bağlı qanunvericiliyə mütləq dəyişiklik edilməlidir.

İndex.az xəbər verir ki, bu təkliflə Milli Məclisin deputatı Fazil Mustafa VII çağırış parlamentin payız sessiyasının sentyabrın 30-da keçirilən ilk plenar iclasında çıxışı zamanı deyib.

Onun sözlərinə görə, hibrid təhlükələr bu gün Azərbaycan üçün ciddi narahatlığa çevrilib: “Artıq xaricdə yaşayanlar silahla deyil, sosial şəbəkə üzərindən ciddi təhlükə yaradırlar. Bu istiqamətdə qanunvericilik bazasını daha da təkmilləşdirmək barədə düşünməliyik”.