EN

Trampın bir sözü ölkəni qarışdırdı

ABŞ-nin keçmiş prezident Donald Tramp namizədi olduğu Respublikaçılar Partiyasının tənqidi ilə üzləşib. 

“Cebheinfo.az”-ın məlumatına görə, buna səbəb Trampın sentyabrın 28-də Viskonsin ştatında keçirilən seçki kampaniyası mitinqində ABŞ-nin vitse-prezidenti və Demokratlar Partiyasından rəqibi Kamala Harrisi “əqli cəhətdən qüsurlu” adlandırması olub. 

“The New York Times” yazır ki, Cənubi Karolina ştatından respublikaçı senator Lindsi Qraham Trampın sözlərinə reaksiya verib. “Məncə, ən yaxşısı onu mühakimə etməkdir. Çünki onun siyasəti ölkəni məhv edir“,- Qraham CNN telekanalına açıqlamasında belə deyib. 

Merilend ştatının keçmiş respublikaçı qubernatoru Larri Hoqan Trampı daha sərt tənqid edərək, onun açıqlamalarını təkcə Harrisə deyil, həm də əqli qüsurlu insanlara qarşı təhqir adlandırıb. 

“Mən illərdir deyirəm ki, Trampın bölücü ritorikası var”, - deyə o bildirib. Trampın seçki kampaniyasının kommunikasiya direktoru Stiven Çunq bunu birbaşa şərh etməyib və bildirib ki, sərhəddə Harrisin vəzifə borcunu pozması icmalara terror etmək üçün cinayətkarların ABŞ-yə sızmasına imkan yaradır. Demokratlar Trampın Kamala Harrislə bağlı açıqlamalarını da təhqiramiz adlandırıblar. 

İllinoys ştatının qubernatoru J.B. Pritzker hesab edir ki, bu yolla respublikaçı özü haqqında danışır. Keçmiş baş prokuror Erik Holderin sözlərinə görə, bu, Trampın idrak qabiliyyətinin aşağı düşdüyünü göstərir. Harrisin özü isə hücumlarla bağlı şərh verməkdən imtina edib. 

Amerika Əlillər Assosiasiyası öz növbəsində, Trampın bəyanatlarını qeyri-dəqiq və zərərli adlandırıb. 

“Tramp eyblist (sağlamlıq problemi olmayan insanları əlil insanlardan normal və üstün tutan, əlillərə qarşı qərəzli münasibətə səbəb olan ayrı-seçkilik növü-red.) və əlilliyi olan insanın daha az insan olması, daha az ləyaqətli olması kimi səhv inanca sahibdir. Prezidentlik tarixi göstərir ki, əlilliyi olan çoxlu prezidentlərimiz olub”, - deyə assosiasiya rəhbəri Mariya Taun bildirib. 

Chosen
14
cebheinfo.az

1Sources