EN

"Turan Tovuz" 100-cü qolu vurub

"Turan Tovuz" klubu Misli Premyer Liqasında 100-cü qolu vurub. Spor24.az xəbər verir ki, bu, VIII turun "Şamaxı" ilə matçına təsadüf edib.
 
2:2 hesabı ilə başa çatan görüşdə sonuncu qolun müəllifi olan Kristian da Silva qonaqların yubiley topuna imza atıb.
 
Premyer Liqada 3-cü mövsümünü keçirən "Turan Tovuz" 100-cü qolu 80-ci oyununda vurub. Klubun orta məhsuldarlığı 1,25-ə bərabərdir. Tovuz klubu evdə 55, səfərdə 45 dəfə fərqlənib.
 

Chosen
7
28
sport24.az

10Sources