EN

"Elə bir günüm olmadı ki, bura gəlməyimə görə şükür etməyim"

"Bu 6 ayda elə bir gün olmadı ki, mən burada olduğuma görə şükür etməyim".Missiya.Az xəbər verir ki, bunu aparıcı Hüsniyə Məhərrəmova instaqram hesabında Amerikadakı həyatı ilə bağlı etdiyi paylaşımında deyib.

" Düz 6 aydır buradayam. Bu 6 ayda elə bir gün olmadı ki,  burada olduğuma görə şükür etməyim. Hər gün, hər saat, hər saniyə... Bunun səbəbləri çoxdur. Amma ən əsas səbəb - insanlardır. Qarşıma çıxan əjdaha adamlardır. Onların sayəsində bir gün olsun belə özümü uzaqda, tək, çətinlikdə hiss etmədim. Nə yaxşı ki, varsınız! Nə yaxşı ki, Amerikadayam!", - aparıcı əlavə edib.

Zərintac MayisqızıMissiya.Az

Chosen
6
4
missiya.az

5Sources