EN

"Turan Tovuz" yubiley qolunu vurub

style='margin-bottom:10px;'>

“Turan Tovuz” Misli Premyer Liqasında 100-cü qolu vurub.

QOL.az PFL-in saytına istinadən xəbər verir ki, bu, 8-ci turun “Şamaxı” ilə matçına təsadüf edib. 2:2 hesabı ilə başa çatan görüşdə sonuncu qolun müəllifi olan Kristian da Silva qonaqların yubiley topuna imza atıb.

Premyer Liqada 3-cü mövsümünü keçirən “Turan Tovuz” 100-cü qolu 80-ci oyununda vurub. Qərb təmsilçisinin orta məhsuldarlığı 1,25-ə bərabərdir. Tovuz klubu evdə 55, səfərdə 45 dəfə fərqlənib.

Qeyd edək ki, “Turan Tovuz” ölkə çempionatları tarixində 100 və daha çox qol vuran 32-ci komandadır.

Chosen
2
28
teleqraf.com

10Sources