EN

Pezeşkian Qərbi yalançı adlandırdı

İran prezidenti Məsud Pezeşkian Qərbi yalan danışmaqda ittiham edib və İsrailin cinayətlərinin cavabsız qalmayacağına söz verib.

Olaylar bildirir ki, İran prezidenti Nazirlər Kabinetinin iclasında deyib ki, ABŞ və Avropa ölkələrinin "İran Tehranda Haniyyənin qətlinə cavab verməsə, atəşkəslə bağlı razılığın əldə olunacağına dair" vədləri yalan olub.

"İsrailin cinayətləri cavabsız qalmayacaq. Həsən Nəsrullahı öldürməklə İsrail heç bir beynəlxalq normalara əməl etmədiyini bir daha nümayiş etdirdi. Belə cinayətkarlara imkanların verilməsi onları daha çox cinayət törətməyə sövq edir", - deyə Pezeşkian əlavə edib. (APA)

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31
Chosen
5
9
olaylar.az

10Sources