EN

Azərbaycanın yeniyetmə qılıncoynadanı Gürcüstanda üçüncü yeri tutub

Azərbaycanın

Bakı, 30 sentyabr, AZƏRTAC

Azərbaycanın yeniyetmə qılıncoynadanı Leyla Əhmədova Avropanın "Cadet Circuit" turnirinin Gürcüstanın paytaxtı Tbilisi şəhərində keçirilmiş mərhələsində bürünc medal qazanıb.

Azərbaycan Qılıncoynatma Federasiyasından AZƏRTAC-a verilən məlumata görə, son yarış günündə qılıncoynatmanın sablya növü üzrə yeniyetmə qızların şəxsi yarışında mükafatçılar müəyyənləşib.

Qrup mərhələsini 3 qələbə ilə başa vuran L.Əhmədova pley-offda Gürcüstan və Türkiyə təmsilçilərinə qalib gəlsə də, finalın bir addımlığında Yunanıstan sablyaçısına uduzub.

Yarımfinala yüksəlməklə bürünc medalı təmin edən Leyla turniri üçüncü sırada başa vurub.

Chosen
7
11
azertag.az

10Sources