EN

Azərbaycanlı milyarder bir gündə 314 milyon dollar qazandı

Azərbaycanlı iş adamı bir gündə 314 milyon dollar qazandı

Rusiyada yaşayan Azərbaycan əsilli iş adamı Vahid Ələkəbərov son bir gün ərzində 314 milyon dollar qazanıb.

Bu barədə məlumatı məşhur "Bloomberg” şirkəti yayımlayıb.

"Bloomberg”in məlumatına görə Vahid Ələkbərovun ümumi sərvəti dünən 27,5 milyard dollar olduğu halda bu gün 27,8 milyard dolları keçib.

Son bir gündə ən çox itirən isə Amerikalı milyarder Maykl Del olub. Texnologiya sektorunda fəaliyyət göstərən "Del Computer” şirkətinin sahibi bir gündə 3,23 milyard dollar itirib.

Son bir gündə sərvəti ən çox artıran isə LVMH şirkətlər qrupunun prezidenti Bernard Arnault olub. Bernard Arnaultun sərvəti bir gün ərzində 6,6 milyard dollar artaraq 207 milyard dollara çatıb.

"Bloomberg”in bugünə olan məlumatına görə hazırda ən zəngin insanların siyahısına "Tesla” və "SpaceX” şirkətlərinin sahibi İlon Mask başçılıq edir. Maskın ümumi sərvətinin 272 milyard dollar olduğu bildirilir. Amerikalı iş adamı son bir gündə sərvətini 4,46 milyard dollar artırıb.

Bir gündə 2,84 milyon dollar itirən "Amazon”un qurucusu Cefferi Bezosun isə 211 milyard dollar sərvəti var və zəngin adamların siyahısnda 2-ci sırada qərarlaşıb.

Dünyanın ən varlı 500 şəxsinin arasında 1 nəfər Gürcüstan, 1 nəfər Qazaxıstan vətəndaşı da var. Gürcüstandan olan Bidzina İvanaşvilinin 7,55 milyard, Qazaxıstandan olan Vladimir Kimin isə 7,67 milyard dollar sərvəti var.//Yeniavaz.com 

Chosen
5
24
hurriyyet.az

10Sources