EN

“Hizbullah”a yeni baş katib seçilib



Livan “Hizbullah”ının yeni baş katibi Həsən Nəsrullahın ən yaxın qohumu Haşem Safiuddin seçilib.

“Report” xəbər verir ki, məlumatı “Al-Arabia” yayıb.

Bildirilib ki, o, əvvəllər “Hizbullah”ın İcra Şurasına başçılıq edib, hərəkatda ikinci fiqur sayılıb.

H.Nəsrullah sentyabrın 27-də İsrailin Beyrutda hərəkatın mərkəz qərargahını bombalaması nəticəsində ölüb. Onunla birlikdə ölən hərəkat liderlərinin adları da açıqlanıb:

Əli Karaki – "Hizbullah"ın cənub cəbhəsinin komandiri, İbrahim Huseyn Cazini -Şeyx Həsən Nəsrullahın şəxsi mühafizə xidmətinin rəisi, Samir Taufik Diab - Həsən Nəsrullahın məsləhətçisi, Abd əl-Əmir Məhəmməd Siblini – "Hizbullah"ın qüvvələrinin formalaşdırılmasına məsul şəxs, Əli Navaf Ayub – "Hizbullah"ın atəş gücünə məsul şəxs. İbrahim Huseyn Cazini və Samir Taufik Diab Həsən Nəsrullaha ən yaxın fiqurlar olub.
Chosen
3
12
newscenter.az

10Sources