EN

Gecə saatlarında Bakıda dəhşətli qəza: Ölən və yaralanan var - FOTO 

Bakının Xətai rayonunda işıqforda dayanan 3 avtomobil qəzaya uğrayıb.

Hadisə 8 noyabr prospektində baş verib.

Hadisə şahidlərinin dediyinə görə, "Ford Fusion" markalı avtomobil yüksək surətlə gələrkən işıqforun qırmızı işığında dayanan iki "Chevrolet" markalı nəqliyyat vasitəsinə, daha sonra "Greatval" markalı maşına çırpılıb. Zərbənin təsirindən "Ford" bordürə dəyərək əks istiqamətə keçib.

Qəza nəticəsində "Chevrolet" markalı maşının sürücüsü 1977-ci il təvəllüdlü Anar Məmmədov hadisə yerində ölüb. "Ford" markalı avtomobilin sürücüsü 1991-ci il təvəllüdlü Şabanəli Qurbanəliyev isə sol qol sümüyünün sınığı diaqnozu ilə Sabunçu Tibb Mərkəzinə yerləşdirilib.

Xətai Rayon Polis İdarəsinin əməkdaşları qəza ilə bağlı avtotexniki ekspertiza təyin ediblər./ APA 

Chosen
11
12
referans.az

10Sources