AZ

Bakıda ağır yol qəzası: Ölən və yaralanan var

Bakının Xətai rayonunda işıqforda dayanan 3 avtomobil qəzaya uğrayıb
Hadisə 8 noyabr prospektində baş verib.
Hadisə şahidlərinin dediyinə görə, “Ford Fusion” markalı avtomobil yüksək surətlə gələrkən işıqforun qırmızı işığında dayanan iki
“Chevrolet” markalı nəqliyyat vasitəsinə daha sonra “Greatval” markalı maşına çırpılıb. Zərbənin təsirindən “Ford” bordüra dəyərək əks istiqmatə keçib.
Qəza nəticəsində “Chevrolet” markalı maşının sürücüsü 1977-ci il təvəllüdlü Anar Məmmədov hadisə yerində ölüb. Ford markalı avtomobilin sürücüsü 1991-ci il təvəllüdlü Şabanəli Qurbanəliyev isə sol qol sümüyünün sınığı diaqnnozu ilə Sabunçu Tibb Mərkəzinə yerləşdirilib.
Xətai Rayon Polis İdarəsinin əməkdaşları qəza ilə bağlı avtotexniki ekspertiza təyin edib./APA

Seçilən
4
8
arantv.az

10Mənbələr