EN

Adam Smit “görünməz əl” deyərkən nəyi nəzərdə tutub? - İndi “görünməz əl” haradadır?

Müəllif: Elvin Nəsibov, Azərbaycan Dövlət İqtisad Universitetinin doktorantı

Bazarın “görünməz əli” metaforası dövlətin iqtisadiyyata müdaxilə etməməli olması fikrini ortaya qoyan tərəfdarı olan əfsanəvi iqtisadçı Adam Smit tərəfindən 18-ci əsrdə icad edilib.

Smit iqtisadiyyatdakı subyektlərin şəxsi maraqlar əsasında motivasiya olduğunu qeyd edir. 

Onun irəli sürdüyü nəzəriyyəyə əsasən ümumi iqtisadi bazarın “görünməz əl”i bu şəxsi maraqları ümumi iqtisadi rifahı artırmağa təşviq edir. Smitin bu nəzəri fikirləri müasir iqtisadiyyatın mərkəzində qalmağa davam edir.

Bunu sübut edən praktiki nümunə olaraq "Uber" platformasını göstərə bilərik. "Uber" avtomobilləri adətən standart taksilərdən daha ucuz xidmət edir. Lakin bu hər zaman belə olmaya bilir. "Uber" platforması sürücülərə ani bir güclü yağış zamanı, insanların çoxluğu ilə müşayiət olunan böyük tədbirlərdən sonra artan tələb qarşısında xidmət qarşılığı qiymətləri ciddi şəkildə qaldırmağa imkan verir. Standart tariflərlə tənzimlənən taksi sürücüləri isə Uberi heç bəyənmirlər.

Onlar platformanın onların gəlirlərinə mənfi təsir etdiyini dilə gətirirlər. Bu da çox normal haldır. Mal və ya xidmət tədarükçüləri yeni rəqibləri bəyənməzlər. Lakin mal və ya xidməti təklif edənlər arasında güclü rəqabətin olması istehlakçıların mənafeyinə xidmət edir.

İqtisadçıların Uberi bəyənməyinin səbəbi budur. 2014-cü ildə bir çox məşhur iqtisadçının iştirak etdiyi sorğuda Uber kimi xidmətlərin istehlakçı rifahına müsbət təsir edib-etmədiyi soruşulmuşdu. Bütün iqtisadçılar bəli cavabını vermişdir.

İqtisadçılardan eyni zamanda dalğalanan qiymətləndirmənin rifaha təsir səviyyəsi də soruşuldu. 85% cavab yenə də müsbət təsir etdiyi fikrini bildirdi. Dəyişkən qiymətlər istehlakçıların bəzən daha çox xərcləməyinə səbəb olur, lakin Uber sürücüləri özləri platforma tərəfindən təqdim edilən təşviqlərdən motivasiya olduğu üçün artan tələbat müddətində avtomobillərin sayında da artım müşahidə olunur. Platforma müştərilərin avtomobil axtarma və gözləmə xərclərini də azaldır.

Nümunədən göründüyü kimi heç bir dövlət müdaxiləsi olmadan bazar öz-özünü tənzimləyir. Sanki “görünməz əl” bütün prosesləri nizama salır. Məntiq sadədir: tələb və təklif tarazlığa can atır. Əgər müəyyən bir məhsula tələb artırsa, qiymət qalxır. Bu halda sahibkarlar bunu görürlər və istehsalı artırmağa başlayırlar. İstehsal artdıqca qiymət yenidən əvvəlki səviyyəsinə qayıdır. Beləliklə, tələb və təklif tənzimlənir.

Adam Smit bugün həyatda olsa idi, telefonunda mütləq Uber tətbiqi olardı...

Chosen
19
fed.az

1Sources