EN

Mənə yurduma qayıtmaqdan böyük sevinc ola bilməz - Məhərrəm Abbadov (FOTO)

Bakı. Trend:

Mənə 68 yaşında öz yurduma, evimə qayıtmaqdan böyük sevinc olabilməz.

Bunu Trend-əaçıqlamasında Cəbrayıl sakini Məhərrəm Abbasov deyib.

Onun sözlərinə görə, Allah torpaqlarımız uğrunda qanından,canından keçən şəhidlərimizə rəhmət eləsin, qazilərimizə cansağlığıversin.

"Şəhid analarının qarşısında baş əyirəm. Torpaqlarımızınazadlığı uğrunda əməyi keçən hər bir şəxsə təşəkkür edirəm. Allahbu günü bizə onların hesabına qismət edib.

Hər iki müharibədə iştirak etmişəm. Ehtiyatda olan zabitəm. Uzunillər həsrətində olduğum Cəbrayılı hər gecə yuxumda ziyarətetmişəm. Bu gün isə bu yuxu çin olur. Mən o torpaqsız yaşayabilmirəm. Şəhidlərimizin qanı töküldüyü o ərazilərə qayıtmamaqonlara böyük hörmətsizlik olar. Buna görə, bütün keçmiş məcburiköçkünlər öz yurdlarına qayıtmaq istəyirlər. Biz doğma yurdumuzdavətənpərvər övlad yetişdirməliyik.

Ali Baş komandanın rəhbərliyi altında torpaqlarımız işğaldanazad edildi. Biz qalib xalqıq, üzərimizdə olan o ləkə götürüldü.Allah Prezidentimizi qorusun", - deyə o qeyd edib.

Xatırladaq ki, indiyədək Cəbrayıl şəhərinə 117 ailənin, yəni 364nəfərin daimi məskunlaşması təmin edilib.

Chosen
17
az.trend.az

1Sources