EN

AİİB Mərkəzi Asiyada iqlim dəyişiklikliyə ilə mübarizənin maliyyələşdirilməsinə sadiqdir - Tsin Litsun (Özəl müsahibə) (FOTO/VİDEO)

Asiya İnfrastruktur İnvestisiya Bankının (AİİB) prezidentiTsin Litsun Trend BİA-ya Azərbaycanda keçiriləcək COP29-dan öncəbankın regionda davamlı inkişafın təşviqində və iqlim dəyişikliyiilə mübarizədəki rolu barədə özəl müsahibə verib. Xatırladaq ki,Trend BİA qlobal informasiya məkanında bu regiondan xəbərlərinaparıcı təchizatçılarından biridir.

Səmərqənd. Trend:

Asiya İnfrastruktur İnvestisiya Bankı (AİİB) Mərkəzi Asiyaregionunda infrastrukturu və əlaqəni təkmilləşdirməyə, eyni zamandaiqlim dəyişikliyinə qarşı davamlılığı investisiyalarına inteqrasiyaetməyə sadiqdir.

Bunu Trend-əözəl müsahibəsində AİİB prezidenti Tsin Litsun deyib.

AİİB-nin Səmərqənddə keçirilən illik toplantısı çərçivəsindəTsin Litsun bankın bərpa olunan enerji layihələrininmaliyyələşdirilməsi, regional əlaqələrin gücləndirilməsi və iqlimproblemlərinin həlli istiqamətində davam edən səylərini qeydedib.

“Əlaqə, xüsusən də transsərhəd əlaqə, maliyyələşdirməmizin ənvacib sahələrindən biridir. Ancaq yadda saxlamalıyıq ki, bu cürlayihələr və iqlim dəyişikliyinə qarşı mübarizəninmaliyyələşdirilməsi bir-birinə bağlıdır. Avtomobil, dəmir yolu vəya metro layihələrini maliyyələşdirməklə biz nəqliyyatınsəmərəliliyini artıra və karbon emissiyalarını azalda bilərik”, -deyə o bildirib.

Bank prezidentinin sözlərinə görə, Mərkəzi Asiya ölkələri AİİByarandığı ilk gündən onun inkişafında iştiraka böyük maraqgöstərib.

“Özbəkistan, Qazaxıstan, Tacikistan və Qırğızıstan bu mühümmaliyyə institutunun formalaşmasında fəal iştirak ediblər. Onlarıniştirakı vacibdir, çünki biz davamlı inkişafı, xalis-sıfır keçiditəşviq edirik və bütün regionda insanların həyatını yaxşılaşdırmaqüçün çalışırıq”, - deyə, o bildirib.

Tsin Litsun Özbəkistanın bankın fəaliyyətində aparıcı rolunuvurğulayaraq, ölkədə əhəmiyyətli layihələr portfelinin olduğunuqeyd edib.

“Bu ilin yanvarında Prezident Şavkat Mirziyoyev gələcəkəməkdaşlığı müzakirə etmək üçün Pekində AİİB-in baş qərargahınıziyarət edib. Özbəkistan bizim Mərkəzi Asiyada ən fəalüzvlərimizdən biridir. Biz artıq ümumi dəyəri 3,1 milyard ABŞdolları olan 15 layihəni təsdiq etmişik və qarşıda bizi xeyli işgözləyir”, - Tsin Litsun qeyd edib.

Bundan əlavə, bank prezidenti AİİB-in Özbəkistanda, xüsusən dəBuxarada infrastruktur və internet bağlantısı sahəsində layihələrəxüsusi diqqət yetirdiyini vurğulayıb. “Burada, Özbəkistanın Buxaraşəhərində yol layihəsini maliyyələşdirmişik və gələcəkdə ölkədaxilində və qonşu ölkələrlə əlaqənin təmin edilməsi üzrəlayihələrə də sərmayə qoymağı planlaşdırırıq”, - o qeyd edib.

Tsin Lisun xüsusilə qarşıdan gələn COP29 konfransı fonundaregionda iqlim dəyişikliyi ilə mübarizənin vacibliyinə dətoxunub.

“Biz diqqətimizi təmiz və bərpa olunan enerji layihələrinintəşviqinə yönəltmişik. Məsələn, Direktorlar Şurasının üzvləri vərəhbərlik 440 hektarlıq ərazidə yerləşən günəş elektrikstansiyasına səfər ediblər. Layihə 265 000 ev təsərrüfatını təmiz,bərpa olunan elektrik enerjisi ilə təmin edəcək. Biz karbon qazıemissiyalarını ildə 270 min ton azaltmağa kömək edəcəyik. Bu, böyüklayihədir və biz bu istiqamətdə daha çox işlər görməyiplanlaşdırırıq”, - Tsin Lisun bildirib.

Azərbaycanda keçiriləcək COP29 tədbiri öncəsi AİİB prezidentiiqlim dəyişikliyi ilə mübarizədə əməkdaşlığın qlobal əhəmiyyətinivurğulayıb.

“Biz COP27, COP28-də iştirak etdik və COP29-da da iştirakedəcəyik. İdeya digər çoxtərəfli inkişaf bankları, tərəfdaşlar vəmüxtəlif hökumət nümayəndə heyətləri ilə fikir mübadiləsiaparmaqdır. İqlim dəyişikliyinin bəşəriyyətin üzləşdiyi qlobalproblem olduğunu xatırlamaq çox vacibdir. Ancaq birlikdə əməkdaşlıqedərək qlobal istiləşməni 1,5 dərəcə Selsi həddində saxlamağa ümidedə bilərik. Biz qarşıdan gələn COP29-u son dərəcə vacib hesabedirik və bu istiqamətdə bütün maraqlı tərəflərlə sıx əməkdaşlıqaparırıq. Bu məqsədlə AİİB-in nümayəndə heyəti Azərbaycana səfəredəcək", - deyə bankın prezidenti vurğulayıb.

AİİB
AİİB
Chosen
13
4
az.trend.az

5Sources