EN

Madrid derbisində qalib müəyyənləşməyib

İspaniya La Liqasının növbəti turu çərçivəsində “Atletiko Madrid” “Real Madrid”i qəbul edib.

APA xəbər verir ki, Madrid derbisində qalib müəyyənləşməyib – 1:1.

Matçın ilk qolunu 64-cü dəqiqədə Eder Militao vurub.

Bundan dərhal sonra “Atletiko” azarkeşləri “Real”ın qapıçısı Tibo Kurtuaya yad əşyalar atmağa başlayıblar.

Oyunda təxminən 15 dəqiqə fasilə yaranıb.

Qarşılaşmanın 90+5-ci dəqiqəsində Anxel Korrea hesabı bərabərləşdirib.

Chosen
20
3
musavat.com

10Sources