ABŞ lideri Co Bayden Ukraynanın Rusiya ilə müharibədə qalib gələcəyini bildirib.
Axar.az xəbər verir ki, o, bu barədə X sosial şəbəkə səhifəsində yazıb.
"Ukrayna bu müharibədə qalib gələcək. ABŞ isə hər addımda onun yanında olmağa davam edəcək", - o qeyd edib.
Buna cavab olaraq Zelenski Baydenə, eləcə də Konqresdəki hər iki partiyaya və bütün amerikalılara Ukrayna və azadlığı dəstəkləməkdə göstərdikləri liderliyə görə təşəkkür edib.