Sabirabadda yol-nəqliyyat hadisəsi zamanı piyada ölüb.BUTA.TV-ın Report-a istinadən məlumatına görə, hadisə rayonun Qaragüney kəndində qeydə alınıb. Belə ki, kənd sakini 1979-cu il təvəllüdlü Məmmədov Rauf Fəxrəddin oğlu yolda gedərkən avtomobil onu vurub. Qəza nəticəsində ağır bədən xəsarətləri alan piyada xəstəxanaya aparılarkən yolda dünyasını dəyişib. Faktla bağlı araşdırma aparılır.