EN

Avtomobil piyadanı vuraraq öldürdü

Sabirabadda yol-nəqliyyat hadisəsi zamanı piyada ölüb.


News365.az-ın Report-a istinadən məlumatına görə, hadisə rayonun Qaragüney kəndində qeydə alınıb.


Belə ki, kənd sakini 1979-cu il təvəllüdlü Məmmədov Rauf Fəxrəddin oğlu yolda gedərkən avtomobil onu vurub.


Qəza nəticəsində ağır bədən xəsarətləri alan piyada xəstəxanaya aparılarkən yolda dünyasını dəyişib.


Faktla bağlı araşdırma aparılır.

Chosen
9
11
news365.az

10Sources