EN

Azərbaycan planetin ən böyük və sürətlə inkişaf edən inteqrasiya bloku olan BRİKS-in forvardlarından biri olacaq - Leonid Slutski

Şuşa. Trend:

Azərbaycan planetin ən böyük və sürətlə inkişaf edən inteqrasiyabloku olan BRİKS-in forvardlarından biri olacaq.

Bunu Trend BİA,CBC kanalı və AzTV dövlət televiziyasına müsahibəsində RusiyaDövlət Dumasının Beynəlxalq Əlaqələr Komitəsinin rəhbəri, RusiyaLiberal Demokrat Partiyasının (LDPR) sədri Leonid Slutskideyib.

"BRİKS üçün də Azərbaycan iqtisadiyyatının bu məkana qoşulmasıgüclü, sürətli inkişaf vəd edir. Ona görə də Kazanda keçiriləcəkBRİKS sammiti (bu ilin oktyabrında - qeyd) bir çox ölkələr üçün vəəminəm ki, sevimli Azərbaycanımız üçün həqiqətən də əlamətdarolacaqdır", - deyə, L.Slutski bildirib.

Rusiyalı parlamentari qeyd edib ki, onun fikrincə, Bakı BRİKS-inişində fəal iştirak etməyə hazırdır.

"Azərbaycan, bugünkü Azərbaycanı anlamağa və qəbul etməyə hazırolan hər kəslə əməkdaşlığa açıq olan dövlətdir. Unikal mədəniyyət,unikal rəhbərlik! Mən bunu xoş söz demək naminə deyil, bir müddətəvvəl Azərbaycana müəyyən dərəcədə pessimist baxan bir çoxölkələrin artıq qəbul etdiyi kimi qəbul etdiyim üçün deyirəm. Bugün Azərbaycanda milli iqtisadiyyatın inkişaf sürətiheyranedicidir", - deyə, o əlavə edib.

Məqalədə:
Chosen
17
3
az.trend.az

4Sources