EN

Leonid Slutski: Azərbaycan Prezidenti İlham Əliyev qeyri-mümkün kimi görünən məsələni həll edə bildi - Qarabağ evinə qayıtdı

Şuşa. Trend:

Azərbaycan Prezidenti İlham Əliyev qeyri-mümkün kimi görünənməsələni həll edə bildi - Qarabağ evinə qayıtdı.

Bunu Trend BİA,CBC kanalı və AzTV dövlət televiziyasına müsahibəsində RusiyaDövlət Dumasının Beynəlxalq Əlaqələr Komitəsinin rəhbəri, RusiyaLiberal Demokrat Partiyasının (LDPR) sədri Leonid Slutskideyib.

"İlham Əliyev doğrudan da tarixi şəxsiyyətdir. O, bizim üçünnəinki ən etibarlı tərəfdaş, nəinki Azərbaycanın lideri, o, eynizamanda, qeyri-mümkün kimi görünən məsələni həll edə bildi -Qarabağ evinə qayıtdı. İndi isə Azərbaycanın mədəniyyət paytaxtı,məşhur, əfsanəvi şəhər olan Şuşada olaraq fəxrlə deyə bilərik ki,Qarabağ Azərbaycandır!", - deyə L.Slutski bildirib.

O qeyd edib ki, Prezident İlham Əliyevin sayəsində Azərbaycanbir çox problemlərin öhdəsindən gəlib.

"Yoxsulluqla mübarizə proqramı uğurla həyata keçirilib,Azərbaycan çoxdan enerji baxımından da müstəqil dövlətə çevrilib,həm Bakı Humanitar Forumunun, həm də Birinci Avropa Oyunlarınınpaytaxtı oldu. Bundan əlavə, Birinci xanım Mehriban Əliyevanınrəhbərlik etdiyi Heydər Əliyev Fondu tərəfindən çoxlu humanitarlayihələr həyata keçirilir, hər bir Azərbaycan ailəsinin rifahınayönəlmiş həm iqtisadi, həm humanitar sosial siyasət proqramlarıhəyata keçirilir", - deyə o bildirib.

Şuşada deputatın sözlərinə görə, o, xüsusi hisslər yaşayıb."Burada, qarşıdakı illərdə bir çox nadir, o cümlədən elm tutumlulayihələr həyata keçiriləcək ki, bu da bu gün hələ də olduqcafantastik görünür. Burada minlərlə yeni iş yeri açılacaq. Qarabağtorpağı isə Azərbaycanın tərkib hissəsi kimi tarixən həmişə olduğukimi yenidən bərəkətli olacaq. İnsanlar bura axın edəcək. Və təbiiki, Azərbaycanın mədəniyyət paytaxtında, Şuşada olarkən deməliyəmki, mən çox xüsusi hisslər ya.ayıram. Azərbaycanın bir çoxmədəniyyət xadimlərinin həyatı Şuşa ilə bağlıdır. Ölkənin tarixionlarla bağlıdır. Mənim kimi qəlbində, ruhunda Azərbaycanlayaşayanlar, həqiqətən də, Azərbaycanı hansısa başqa ölkə ilə deyil,bir müddət əvvəl həmin Azərbaycanla müqayisə edə bilər, Azərbaycantorpağında, bizə qardaş olan, Azərbaycan torpağında necə bənzərsizdəyişikliklərin baş verdiyini görə bilər", - deyə o əlavə edib.

Məqalədə:
Chosen
12
3
az.trend.az

4Sources